Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Zirə”nin qış hazırlıq planı açıqlandı



“Zirə”nin qış hazırlıq planı bəlli olub. Rekord.az xəbər verir ki, dünən “Neftçi” ilə oyundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək.

Yanvarın 19-na kimi paytaxtda hazırlıq keçəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçına çıxmaq fikrindədi. “Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

Yanvarın 21-də Türkiyəyə yollanacaq komanda hazırlığın ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub. 

“Qartallar” fevralın 4-də Bakıya qaydacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений