Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Yüzlərlə rus hərbçi ölüb?” – Nazir çətin sual qarşısında



Suriyanın Deyr əl-Zohr vilayətində yüzlərlə rusiyalı muzdlu hərbçinin ölməsi barədə xəbərlərə xarici işlər naziri Sergey Lavrovdan açıqlama gəlib. 

Cebhe.info xəbər verir ki, nazir bunu “müharibədə spekulyasiya cəhdi” adlandırıb. “Üstəlik, mən bu cəhdləri ən azı korrekt hesab etmirəm",- deyə nazir vurğulayıb. 

Sözügedən əyalətdə baş verənlərlə bağlı rəsmi açıqlama olduğunu deyən nazir bəzi KİV-lərini araşdırmanın nəticəsini gözləmədən, faktlara dayanmadan yanlış məlumat yaymaqda ittiham edib.

Cebhe.info xatırladır ki, hadisə 8 fevralda baş verib. ABŞ-ın rəhbərıiyindəki beynəlxalq koalisiya Suriya ordusuna zərbə endirib. Qeyd olunub ki, bu zərbə rəsmi Vaşinqton tərəfindən də dəstəklənən Suriya Demokratik Qüvvələrinə qarşı yönələn hücuma cavabdır. 

Mətbuat isə həmin ərzidə rusiyalı müzdluların olduğunu yazıb. Ancaq bu məlumat rəsmən təsdiqlənməyib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений