Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“YouTube” haqqında maraqlı məlumatlar



“YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. Azərbaycanda da bu şəbəkənin kifayət qədər istifadəçisi var. Ancaq hələ də Azərbaycanda “YouTube”un rəsmi portnyoru yoxdur.

Cebhe.info xəbər verir ki, “YouTube” 15 fevral 2005-ci ildə 3 köhnə “PayPal” işçisi tərəfindən qurulda da 2006-cı ildə “Google” tərəfindən 1.65 milyard dollar qarşılığında alınıb. “You Tube” "Özünü Yayımla" şüarı ilə yola çıxıb.

“YouTube” haqqında bir neçə maraqlı faktı təqdim edirik:

“YouTube” demək olar ki, tamamilə Python proqramlaşdırma dilində yazılıb.

14 dekabr 2011-ci il tarixində Youtube saytına ən uzun video yüklənib. Bu video “MoldytoasterMedia” adlı istifadəçi tərəfindən yeklənib və video 596 saat 31 dəqiqə 21 saniyə davam edib. Lakin sonradan bu video silinib. 

“YouTube”da ən qısa video isə, 0,2 saniyə davam edir.

“YouTube”-da "İlan" oyunu oynamaq olar. Əvvəl bunun üçün üstündə videoya pauza vermək və istənilən ox klavişlərinə (↓+→, ↑+← i və s.) bir neçə dəfə ardıcıl basmaq lazım idi, indi isə 1 dəfə ↑→↓ klavişlərinə basmaq kifayətdir və videoya pauza vermək məcbur deyil.

“YouTube” kanalı hazırda 22 dildə fəaliyyət göstərir. Qeyd edək ki, “YouTube” 16 aprel 2015-ci ildən etibarən Azərbaycan dilini də istifadəyə verib.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений