Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Sabotaja oxşayır”-Razi Nurullayev İmişlidə pambıqçıların zəhərlənməsindən yazdı



“İmişlidə pambıq sahələrində işləyən 30 nəfər zəhərlənib. Hətta, ölənlərin olduğunu da iddia edənlər var. İnşallah,  xəbər yalan olsun. Az zaman öncə Saatlıda da zəhərlənmə olmuşdu. Şükür ki, itkisiz ötüşdü”.

Bunu özünün facebook hesabında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev yazıb. 

Onun fikrincə, bu zəhərlənmələr şübhəli məqamlardan xəbər verir və bu hüquq-mühafizə orqanları səviyyəsində ciddi araşdırılmalıdır: “Bu zəhərlənmələr indiyə kimi niyə olmurdu? Bu bir sabotaj olmasın? Kənd təsərrüfatı naziri dəyişdiriləndən bəri bu hallar baş verməyə başlayıb. Axı pambıq sahələri intensiv olaraq 2015-ci ildən bəri becərilir və sahələrə də kimyəvi zəhərlər vurulurdu. O zaman niyə bu hallar baş vermirdi? Məgər adı çəkilən rayonlarda əvvəllər kimyəvi dərmanlar dan istifadə olunmayıb? İndi nə baş verir? Bu kimə göndərilən mesajdır?

Kənd təsərrüfatının inkişafına ümid yaranarkən belə halların baş verməsi birmənalı olaraq şübhə doğurur. Burada, yeni gənc nazirə qarşı bir qərəzin olması mümkündür. Çox təəssüf! Yəni yenilik olmaz, qoy hər şey əvvəlki kimi qalsın, hər şey yalan və saxtakarlıq üzərində qurulsun. Məqsəd budurmu? İnsan həyatı ilə oynamaq olmaz və ümid edirəm ki, bu məsələ ciddi araşdırılacaq və günahkarlar cəzalandırılacaq”.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений