Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Quran vahid mərkəzdə tərcümə olunub qalanları yığışdırılmalıdır” – İLAHİYYATÇIDAN TƏKLİF



“Quranın elmi təfsirləri yox, nağıllarla və rəvayətlərlə "bəzənmiş" məqsədlərə xidmət edən anlamları meydana çıxmaqda davam edir”.

Bunu Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O qeyd edib ki, Qurani Kərim sirri tam açılmamış ilahi bir kitabdır:

“Bunu tək müsəlman alimləri deyil, hətta Qərbin elm adamları da etiraf edirlər. Bu kitabın sambalı və möcüzəli dərin mənalar kəsb etməyi onun tam tərcüməsini hələ də mümkün etməyib. Bu səbəbdən də Qurana milyonlarla təfsir-izah, cildlərlə şərhlər yazılıb. Təəssüf ki, bu şərhləri və tərcümələri yazanlar tabe olduqları məzhəbin baxışıları ilə yanaşıblar müqəddəs kitaba. Buna görə də fərqli mənalar veriblər. Dünyada orjinal İslam nəzəri ilə edilmiş təfsir və tərcümələr barmaqla sayılacaq qədərdir. Onları da məzhəbçilər gözdən salaraq müsəlmanlar arasında şübhə yaradaraq o təfsirlərə yol verməyiblər. Ona görə də Quranın elmi təfsirləri yox, nağıllarla və rəvayətlərlə "bəzənmiş" məqsədlərə xidmət edən anlamları meydana çıxmaqda davam edir.

Azərbaycanda Quranın müxtəlif müəlliflər tərəfindən fərqli tərcümələri ortaya çıxmaqdadır. Bu, İslamla yanaşı, müsəlmanları da parçalayır, çaş-baş salır. Ona görə də vahid komissiya yaradılaraq bu komissiyaya AMEA, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müvafiq şəxsləri daxil edilməli və vahid tərcümə tərtib olunaraq qalanları yığışdırılmalıdır. Çünki hazırkı tərcümələr ümumi islam baxışından yox, məzhəbçilik baxışından tərcümə və tərtib olunub. Sanki hər məzhəbin öz Quranı varmış kimi, hər firqə öz məzhəbindən olan mütərcimin kitabına istinad edir və qarşı-qarşıya gəlirlər”.

Tural İrfan onu da vurğulayıb ki, Quran da, İslam da birdir və İslamda məzhəb anlayışı yoxdur:

“Quranda vahid islam ümmməti və müsəlman anlayışı var. Ona görə də, müxtəlif məzhəbçi tərcümələrin ortaya çıxması həm Quranın, həm də İslamın təhrifi deməkdir. Ümumiyyətlə, bu, xalqın və ümmətin parçalanmasıdır. Qeyd edim ki, mövcud tərcümələrin əksəriyyəti qeyri-peşəkarlar tərəfindən sadəcə qarşı tərəfin tərcüməsinə qarşılıq vermək amalı ilə qərəzli şəkildə edilib. Ayələrin tərcüməsində tamamilə bir-birinə zidd mənalar vardır. Keçmiş alimlərimizdən Şeyxulislam Məhəmməd Həsən Mövlazadə Şəkəvi məhz Quranı ilk olaraq Azərbaycan dilinə obyektiv tərcümə-təfsir edən simadır. O zaman bu kitab əski əlifbada da nəşr edilmişdi. İndi o xəzinəni aidiyyatı qurumlar nəyə görəsə latın əlifbasına çevirib çap etdirmir.

İki cilddən ibarət olan bu kitab xalqımızın ənənəvi İslam inancına, tarixən formalaşmış etiqadına müvafiqdir. Qeyd etmək lazımdır ki, mütərcim özü də din alimi olub, hətta şüyxulislam rütbəsi daşıyıb. Ancaq indiki tərcümələri edənlər ya filoloqdur, ya ərəbşünasdır, ya da sadəcə həvəskarlardır... Ona görə də mütəxəssisin bu tərcüməsi həm tarixi məxəz kimi, həm də orjinal təfsir kimi işıq üzü görməlidir. Qeyd etdiyim komissiyada mövcud ənənvi məzhəblərin nümayəndələri də iştirak etməlidirlər ki, bütün firqələrin irad və təklifləri sonradan etiraz olmaması üçün nəzərə alınsın”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений