Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Qoğalın Yeni il macərası” nümayiş olunacaq



Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il şənliklərinin hazırlıqlarına start verib.

Cebhe.info xəbər verir ki, sənət ocağında Yeni il şənlikləri dekabrın 29-dan başlanacaq. Teatrın balaca tamaşaçıları “Qoğalın Yeni il macərası” adlı səhnə əsərini Azərbaycan və rus dillərində izləyə biləcəklər. Belə ki, Azərbaycan dilində hazırlanacaq səhnə əsərinə rejissor Elməddin Dadaşovun quruluşunda baxılacaq.

Rejissor bildirib ki, tamaşa “Qoğal” nağılının motivləri əsasında hazırlanır.

Səhnə əsərində balaca tamaşaçılar əyri pəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. Səhnə əsəri sözügedən tarixdən etibarən hər gün dörd seans olmaqla nümayiş ediləcək.

Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Gülnarə Əzizova, Pərvin Dadaşova, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Fərid Rzayev, Əmrah Dadaşov, Atəş Qarayev, Güldanə Əzimova və Mehriban Rəcəbova ifa edəcək.

Rus dilində hazırlanan “Qoğalın Yeni il macərası” nağıl-tamaşasının quruluşçu rejissoru isə Əhəd Hacıyevdır. Səhnə əsərində rolları əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Gülnarə Əzizova, Rauf Babayev, Telnaz Hüseynova, Yulia Heydərova, Pərviz Məmmədov və Eleanora Mehdiyeva çıxış edəcək.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений