Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Qarabağ” ilk sınağından heç-heçə ilə ayrıldı



Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

Futbolinfo.az az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın “Ludoqorets” klubuyla qarşılaşıb. Oyunda hesabı bolqarlar açsa da, Ağdam klubu fasilədən az sonra buraxılan topun əvəzini çıxıblar. Sonda isə matç heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində iyunun 26-da “Vakker İnsbruk” (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə “Dinamo” (Kiyev, Ukrayna) ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
23 iyun

“Qarabağ” – “Ludoqorets” 1:1
Qol: Dani Kintana, 51 - Yakub Şvierçok, 36.
Matçın 68-ci dəqiqəsində Şahruddin Məhəmmədəliyev rəqib futbolçunun penalti zərbəsini dəf edib.

“Qarabağ”ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov (55. Bədavi Hüseynov, 46), 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye (25. Ansi Aqolli, 46), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений