Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Qarabağ” gerilədi - UEFA reytinqi



Avrokuboklarda qrup mərhələsinin 5-ci turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, 442 klubun yer aldığı siyahıda Azərbaycanın da 7 təmsilçisinin adı var.

Ən yaxşı göstəriciyə malik klubumuz yenə “Qarabağ”dı. Son ölkə çempionu, Azərbaycanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu son cədvəldə geriləyib. Bir neçə gün öncə doğma meydanda İngiltərə çempionu “Çelsi”yə məğlub olan təmsilçimiz bir pillə geriləyib və hazırda 20.500 xalla 66-cı sırada qərarlaşıb.

“Qarabağ”ı digər klublarımızdan “Qəbələ” izləyir. Əyalət təmsilçisi 5.250 xalla 191-cidi. 

“Neftçi”, “Keşlə”, “Zirə”, “Kəpəz” və hazırda fəaliyyət göstərməyən “Xəzər Lənkəran” isə 3.825 xalla 244-cü pilləni bölüşürlər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений