Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Onların evlərindən çıxarkən paltarlarını geyinməyə vaxtları yox idi, donaraq öldülər” – Qənirə Paşayeva



“Xocalı dünyanın gözləri qarşısında yer üzündən silindi. Xahiş edirəm, Xocalıda baş verənlər üçün “qətliam” sözünü işlətməyin. Bu, qətliam deyil, bunun birbaşa adı soyqırımdır”.

Cebhe.info xəbər verir ki, Türkiyənin Uludağ Universitetində çıxışı zamanı azərbaycanlı millət vəkili Qənirə Paşayeva belə deyib. Millət vəkili bildirib ki, bu soyqırımı həyata keçirənlər hələ də cəzalandırılmayıblar:

“Xocalıda baş verən dəhşətli soyqırımı törədənlər hələ də cəzalarını almayıblar, onlar rahat şəkildə yaşayırlar. Mən 26 ildir qışı heç sevmirəm. 26 ildir mən isti evimdə də üşüyürəm. İlin 365 günü bu üşütmə canımdan çıxmır. Çünki 26 il əvvəl Xocalıda donan uşaqlar, ata və analar bu soyqırımdan xilas olmaq üçün paltarlarını belə geyinməyə vaxtları yox idi. Onlar qaçarkən güllələnərək, donaraq öldülər. Təəssüf ki, 26 ildir yüzlərlə insanı qətlə yetirən cinayətkarlar öz cəzalarını almırlar”.

Qənirə Paşayeva qeyd edib ki, Xocalı soyqırımı dünyanın gözləri qarşısında baş verəsə də beynəlxalq ictimaiyyət bu gün də bu haqsızlığa səsini çıxarmır: 

“Xocalıda bu gün heç nə qalmayıb. Bu şəhərdə yaşayan insanların əksəriyyəti qətlə yetirildi. “İnsan haqları”ndan danışan Qərb, beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Parlamenti və digər qurumlar təəssüf ki, soyqırımı törədən Ermənistanı ədalət məhkəməsinə çıxarmaq üçün heç nə etmirlər. Halbuki Ermənistan bu soyqırımı törətməklə yanaşı, Azərbaycan ərazilərinin 20%-ni işğal edib. Xahiş edirəm, Xocalıda baş verənlər üçün “qətliam” sözünü işlətməyin, bunun adı soyqırımdır”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений