Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Müstəqil Kürdüstan”a görə CƏZA: Sanksiya siyahısı



Türkiyə 25 sentyabrda Şimali İraq Kürd Muxtariyyətinin (ŞİKM) keçirəcəyi seperatçı referendumu tanımayacağını bildirdikdən sonra nazirliklər və ordu rəhbərliyi kürd rəhbərliyinə qarşı sanksiyaları müəyyənləşdirmək üçün hərəkətə keçib. 

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, hazırlanacaq təkliflər 22 sentyabrda keçiriləcək Milli Təhlükəsizlik Komissiyası (MGK) və Nazirlər Kabinetində müzakirə ediləcək. 

Türk mətbuatının iddiasına görə, ŞİKM rəhbərliyi referendum qərarından imtina etməsə, başda iqtisadi olmaq üzrə siyasi və hərbi sanksiyalar tətbiq ediləcək. 

Gündəmdə olan sanksiyalar bunlardır: 

- Ərbil Baş Konsulluğunun bağlanması.  Şimali İraq iqtisadi və ticari olaraq Türkiyədən asılıdır. Türkiyədən Şimali İraqa qapı olan Habur sərhəd-keçid məntəqəsini bağlamağı və ya gediş-gəlişi məhdudlaşdırcağı da gündəmə gətirilə bilər. 
- Türkiyə referendumdan sonra Şimali İraq neftini Ceyhan üzərindən Avropaya daşıyan neft boru xəttində məhdudlaşdırma edə bilər. Ərbildən Şırnaka çəkiləcək kəmərlə qazın nəqlinə yönələn layihə də ləğv oluna bilər. 
- Türkiyə İŞİD-lə mübarizədə kürd peşmərgə qüvvələrinə təlim və maddi-texniki dəstək vermişdi. Bu yardımlarların tamamilə kəsilməsi də mümkündür. 
- Bölgədə satışda olan malların təxminən 50 faizi Türkiyə istehsalıdır. Türkiyə regiona qoyulan xarici investisiyalarda ilk 5 ölkədən biridir. Türkiyə bu bölgə üçün etdiyi güzəşt və investisiyaları yenidən nəzərdən keçirə bilər. 
- Bölgədə türkmənlərə müdaxilə olarsa, Türkiyə hərbi varianta əl ata bilər. 

Məcid Həsənli 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений