Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Müstəqil Kürdüstan” sıradan çıxır: Daha bir addım 



Bundan sonra Şimali İraq Kürd Muxtariyyatının hava limanlarında mərkəzi hakimiyyətə bağlı təhlükəsizlik qüvvələri olacaq. İraq baş naziri Heydər əl-Abadi bu şərti qəbul edib. 

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağdan hökumətinin rəhbəri yaxın günlərdə hava limanının beynəlxalq uçuşlara açılacağını deyib.

Baş nazir həmçinin müzakirələrinin artıq yekunlaşmaq üzrə olduğunu bildirib. Hökumət başçısı çıxışında qeyd edib ki, şərtlər qəbul olunmazsa, hava limanları bağlı qalacaq:

“Bu məsələdə mövqeyimiz qətidir. Dünyanın hər yerində olduğu kimi, sərhəd zonalarında mühafizə və sənədlərin yoxlanması mərkəzi hökumətin səlahiyyətindədir. Bizdə də belə olacaq. Əks halda hava limanları açılmayacaq”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений