Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“MTN işi”: Daha bir zərərçəkən var 



Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə istintaq tərəfindən şahid qismində tanınan Səhrab Abdullayevin nümayəndəsi onun zərərçəkmiş şəxs kimi tanınması haqqında vəsatət verib.

Prokuror vəsatətə etiraz etsə də, məhkəmə onun zərərçəkmiş şəxs qismində tanınması haqqında vəsatəti təmin edib.

Sonra təqsirləndirilən Fizuli Əliyev “Texmarin LTD” şirkəti epizodu üzrə ifadə verib. O qeyd edib ki, şirkətin rəhbəri Arif Həsənov öz maddi marağına görə, ona şər atır.

Təqsirləndirilən şəxslər - Zaur Məmmədov və Natiq Alıyev də yenidən ifadə veriblər. Onlar müstəntiq tərəfindən ittihamın saxtalaşdırıldığını bildiriblər.

Proses dekabrın 19-da davam etdiriləcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )v’ digər maddələri ilə ittihamlar irəli sürülüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений