Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Min bir gecə” və “Sevil” nümayiş olunacaq



Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar dekabrın 17-də "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operasının tamaşası nümayiş olunacaq. 

Fikrət Əmirov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. O Azərbaycan və SSRİ-nin Xalq artisti, Sosial Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatıdır. Bəstəkar klassik musiqinin bir çox janrlarında - balet, opera, operetta, simfoniya  və s. dəyərli əsərlər yazıb yaradıb. 

Görkəmli bəstəkarın "Min bir gecə" baleti və "Sevil" operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcək.
Cebhe.info xəbər verir ki, dekabrın 17-də keçiriləcək "Min  bir gecə" baletində əsas rolları Əməkdar artist Makar Ferştandt (Şəhriyar), solistlər Cəmilə Kərimova (Şəhrizad), Leyla Narimanidze (Nuridə), Anar Mikayılov (Nuridənin sevimli qulu) ifa edəcəklər.

Dekabrın 20-də baş tutacaq "Sevil" operasında isə Azərbaycanın Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), Afaq Abbasova (Dilbər), Səbinə Vahabzadı (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi) və b. çıxış edəcək.

"Min  bir gecə" baleti və "Sevil" operasının tamaşası görkəmli bəstəkar Fikrət Əmirovun 95 illiyinə həsr olunacaq. 

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений