Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Kompüterlərdə və internetdə təhlükəsizlik” – Lənkəranda təlim



“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və ”Gələcəyə İnam” Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində birgə təşkil etdiyi “İnformasiya və Kommunikasiya Texnologiyaları Sahəsində İnternet Təhlükəsizliyi” mövzusu ilə bağlı Lənkəran rayonunda 17 və 18 mart 2018 - ci ildə “Kompüterlərdə və internetdə təhlükəsizlik” mövzusunda  təlimlər  keçirib. 

Cebhe.info xəbər verir ki, təlimlər Lənkəran şəhəri Gənclər evində təşkil olunmuşdu. İki günlük təlimlərdə rayon ictimaiyyətinin  nümayəndələri, QHT uzvləri, sosial media istifadəçiləri və  kommunikasiya texnologiyaları sahəsində çallışan fəallar  iştirak ediblər.

Təlimi giriş sözü ilə  “GƏLƏCƏYƏ İNAM”  Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyinin əməkdaşi  açaraq iştirakçıları salamlayıb. Sonra o, təlim iştirakçılarını icraçı təşkilatlar və icra olunan layihə haqqında məlumatlandırıb. Mövzu ətrafında danışmaq üçün  söz layihənin eksperti, Veb səhifəsi mütəxəssisinə verilib.  

Layihə eksperti iştirakçılara onlayn təhlükəsizlik məsələsi,  mövcud vasitələr, təhlükəsizlik strategiyaları haqqında  bilgilər aşılayıb. Təlim iştirakçıları da öz növbələrində fəallıq nümayiş etdirib.  İki gün davam edən  təlimlər iştirakçıların    interaktivliyi  ilə  yadda  qalıb.

 Bununla da adıçəkilən layihə çərçivəsində  həyata keçirilən silsilə təlimlər  sona çatıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений