Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Kılıçdaroğluna uduzdum, amma sənə qalib gələcəyəm” - İncə Ərdoğana cavab verdi



Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə AKP sədri Rəcəb Tayyib Ərdoğanın replikasına cavab verib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, İncə Ərdoğanın “CXP sədri ola bilmədi, prezident necə olacaq” atmacasına cavab olaraq deyib: “Kılıçdaroğluna uduzdum, partiya başqanı ola bilmədim, ancaq prezident seçiləcəyəm”.

İncə bu sözləri İzmirdə keçirdiyi mitinqdə deyib. Berqama bölgəsində təşkil olunan mitinqdə İncə keçmişə ekskurs edərək prezident Ərdoğanın, baş nazir Binali Yıldırımın seçkilərdə məğlum olduqları yerləri və illəri xatırladıb: “Ərdoğan, sən 1989-cu ildə Beyoğlunda bələdiyyə seçkilərini uddunmu? Xeyr, uduzdun. 1991-ci ildə millət vəkili seçilə bilmədin, uduzdun. Abdulla Gül Fəzilət Partiyasına başqan ola bilmədi, ancaq prezident seçildi. Binali Yıldırım İzmirdə şəhər bələdiyyəsinin başqanı seçilə bilmədi, ancaq baş nazir oldu”.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений