Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İsrailin tələsinə düşməyin” - Ruhanidən çağırış



İran prezidenti Həsən Ruhani region ölkələrini İsrailin tələsinə düşməmək üçün ehtiyatlı olmağa çağırıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ruhani, “Hizbullah”ın Livan xalqının bir parçası olduğunu və yalnız müdafiə məqsədi ilə silahlandığını deyib:

“ABŞ, Kanada, Avstraliya və bəzi ölkələr “Hizbullahı” terror təşkilatları siyahısına salıb... Regionun bəzi şahzadələrinin avantürizmi Yaxın Şərqə zərər verəcək.”

Bundan başqa, H.Ruhani Fransa prezident Emmanuel Makronla telefonda danışıb. Söhbət zamanı İran prezidenti fransalı həmkarına deyib ki, İranın İraq və Suriyadakı varlığı terrorla mübarizə ilə bağlı bu hökumətlərin dəvətilə reallaşıb:

“İran regionda hakim olmağı arzu etmir. Fransa məsələlərə real və qərəzsiz yanaşarsa, Yaxın Şərqdə konstruktiv rol oynaya bilər”.

Qeyd edək ki, Fransa Xarici İşlər naziri Jan İv le Drian cümə günü Səudiyyə Ərəbistanına səfəri zamanı İranın regionda hegemonluq qurmaq niyyətindən narahat olduğunu söyləmişdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений