Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İrəli” regional turnirlərə davam edir



"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

Cebhe.info xəbər verir ki, noyabrın 18-də “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Mingəçevir, Ağdaş, Bərdə, Göyçay, Ucar, Yevlax, Zərdab şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turniri Mingəçevir şəhərində keçirilib. Layihədə “Axtar tap”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir, “Vətəni tanı” intellektual oyununda Ucar, “Xəmsə” intellektual oyununda Bərdə şəhərinin gənc intellektualları qalib olublar.

noyabrın 19-da “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Gəncə, Qazax, Şəmkir, Goranboy, Göygol, Naftalan, Ağstafa, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax üzrə regional Turniri Şəmkir şəhərində keçirilib. 4 intellektual oyunu("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Gəncə, “Axtar tap” intellektual oyununda Tovuz, “Xəmsə” intellektual oyununda Goranboy rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcəkdir.

Qeyd edək ki, layihə hazırda davam edir.

Bütün region turnirlərinin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. “İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений