Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İnsanlarda ciddi inamsızlıq var- MÜSAHİBƏ



Bu gün cəmiyyətimizdə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı problemlər var. Bu problemlərin aradan qaldırılması üçün qeyri-hokumət təşkilatlarının üzərinə hansı vəzifələr düşür?Bu və digər suallarımızı “Söz haqqı” Demokratiya Mərkəzi İctimai Birliyinin sədri İlham Həsənov cavablandırır.

-İlham bəy, bu gün insan hüquqlarının qorunmasında yaranan problemlər nədən qaynaqlanır?

-Bütün zamanlarda bu problemin həll olunmaması insanların böyük əksəriyyətinin öz hüquqlarını bilməməsindən qaynaqlanır. Ancaq sual yaranır ki, bəs niyə hüquqlarını bilənlər də bu problemdən əziyyət çəkirlər?Artıq burada başqa məqamlar var. İlk növbədə rüşvət və korrupsiya hüquqların qorunmasına əngəl yaradan əsas amildir.Digər tərəfdən isə bu məsələdə ictimai qınaq olduqca zəifdir.Maarifləndirmə işlərində də ciddi problemlər var. Doğrudur, bir neçə təşkilat var ki, məhz bu istiqamətdə mütəmadi işlər aparır.Amma bu kifayət deyil.Çünki tədbirlərin, dinləmələrin keçirildiyi yerlər çox məhdud çevrələrdir.Bu baxımdan görülən işlərdən maksimum nəticə almaq olmur.Məhz bu və bu kimi problemlərin olması insan hüquqlarının pozulmasını daim aktual mövzu kimi qalmasına zəmin yaradır.Hesab edirəm ki, bu yöndə hökumətin dəstəyinə ciddi ehtiyac var.

-İnsan hüquq və azadlıqları daha çox hansı sahələrdə pozulur?

Hazırda insan hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib.Çünki müasir dünyada insan hüquqları ən müxtəlif şəraitlərdə pozulur.Evdə, işdə, müəssisələrdə və ən nəhayət cəmiyyətdə.Hətta bu gün uşaqlar fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalırlar. Məsələn, Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə istismar olunur və insan alverinin qurbanına çevrilir. Biz hüquqların pozulması deyəndə yalnız müxtəlif yollarla haqsız cəzalardan danışırıq.Ancaq bu düzgün yanaşma deyil.İnsanı istəmədyi bir işə məcbur etməyin özü də hüquqların pozulmasıdır.

-Problemin həlli üçün təklifləriniz nədən ibarətdir?

-Hesab edirəm ki, bunun üçün ilk növbədə mütəmadi olaraq maarifləndirmə işləri aparılmalı, hər kəs öz hüququnu bilməlidir. Deyilənlərə yox, özünə, biliklərinə güvənməlidir.Bu gün cəmiyyətdə ciddi güvənsizlik problemli var. Təəssüflə qeyd etməliyəm ki, cəmiyyətdə bir çox insanlar öz hüquqlarını qorumaqda acizdirlər.Bunun başlıca səbəbi isə öz hüquqlarını bilməmələridir.Bu baxımdan hesab edirəm ki, ilk növbədə məhz bu məsələ öz həllini tapmalıdır.Digər tərəfdən də hökumətin dəstəyi ən yüksək səviyyədə olmalıdır.Əsas məsələ isa bu problemlərin yaranmasında əsas amil olan rüşvət və korrupsiyanın birdəfəlik aradan qaldırılmasıdır.Ümid edirik ki, yaxın gələcəkdə bütün bu problemlər öz həllini tapacaq.

“Cümhuriyət”

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений