Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Hizbullah” qüvvələri Afrinə girdi - VİDEO



Bugün axşam saatlarında Suriyada Bəşər Əsəd rejimini müdafiə edən və İrana bağlı şiə silahlı qruplaşmaları Türkiyə ordusunun mühasirəyə almağa çalışdığı Afrinə daxil olub. “Reuters” agentliyi “Hizbullah”ın telekanalına istinadən şiə yaraqlılarının YPG kürd qruplaşmasının nəzarət-buraxılış məntəqəsindən keçərək Afrinə daxil olmasına dair görüntüləri yayıb. Görüntülərə əsaən şiə yaraqlıları əsasən yüngül silahlarla silahlanıb və “pikap” tipli avtomobillərdə hərəkət edir, lakin onları bir neçə zirehli texnika və artilleriya qurğusu da dəstəkləyir.

Ötən gün Suriya dövlət televiziyası kürdlərlə əldə edilmiş anlaşma çərçivəsində Suriya ordusunun “yaxın bir neçə saata” Afrinə daxil olacağını xəbər vermişdi. Bu xəbər Türkiyənin xəbərdarlıqlarına səbəb olub. Prezident Ərdoğan bəyan edib ki, əgər Suriya ordusu Afrini PKK-çılardan təmizləmək üçün girirsə problem yoxdur. Lakin PKK-nı qorumaq üçün göndərilirsə Türkiyə ordusunun hədəfinə çevriləcək. Habelə Ərdoğan Rusiya və İran prezidentləri ilə telefon danışıqları apararaq Suriya ordusunun Afrinə girməsinin “konkret nəticələrə səbəb olacağını” çatdırıb.

Suriya ordusunun ötən gün Afrinə daxil olması baş verməyib. Və Ankarada kürdlərlə Dəməşq rejimi arasında anlaşma xəbərlərinə təzəcə şübhə etməyə başlamışdılar ki, nizami ordu deyil, Əsədi dəsətkləyən şiə qüvvələrinin Afrinə daxil olduğu xəbəri yayılıb. Xəbərlərə görə Türkiyə aviasiyası şiə qüvvələrinin hərəkət etdiyi istiqamətlərə zərbələr endirib və nəticədə “Hizbullah” birləşmələri geri çəkilib.

Türkiyə ordusu bir aydır ki, Afrini PKK-ya bağlı YPG/PYD qüvvələrindən təmizləmək üçün hərbi əməliyyatlar aparır. Son məlumatlara görə Afrində küçə döyüşləri aparmaq üçün Türkiyə ordusunun əlavə qüvvələri səfərbər edilir.

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений