Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Əsas soyunmaq deyil”-Metrodakı geyim qalmaqalına fərqli yaşama



“Əsas, soyunan, açıq-saçıq geyinən qadının niyə soyunması deyil (niyyəti müasirlik və rahatlıq da ola bilər). Əsas, onu soyunmağa çağıran və bunda dəstəkləyən kişinin niyyətidir.

Tarixən qadınlar heç bir “azadlığa” özləri nail olmayıb, onlara bu “azadlıqları” kişilər verib”.

Cebhe.info xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov son günlərin müzakirə mövzusuna çevrilən metro qalmaqalına münasibət bildirərkən deyib. Ə.Həsənov baş verənləri TV-də yayılamlanan seriallarla müqayisə edib:

“SSRİ dövründə TV-də “Odlu yollar” adlı özbək serialını tez-tez göstərirdilər. Film bolşevik şair Həmzənin “keçmişin qalıqları” ilə mübarizəsi haqdadır. Lakin filmi çəkənlər dolayısı ilə tamaşaçıya başqa məqamları da çatdırmaq istəyib. Elə filmin adı nəyə desən dəyər – “Odlu yollar”, yəni Cəhənnəmə aparan yol.

Sonuncu 17-ci seriyada isə belə bir maraqlı epizod var. Həmzə 8 martda qadınları parancanı çıxarmağa səsləyir. Öz arvadı belə imtina edir. Lakin bəziləri çıxarmağa başlayır və ətrafa elə baxırlar ki, sanki bunadək dünyanı heç vaxt görməmişdilər.

Sonra isə Şərqin bu “məzlum” qadınları hamının gözü qarşısında və alovlanan tonqalın ətrafında  qızğın rəqs etməyə başlayırlar. Lap Hetenin “Faust”undakı ifritələr məclisində  olduğu kimi. Bir cavan bolşevikcik kişi isə dərhal onlara qoşularaq diskotekasayağı ehtirasla atlanıb düşməyə başlayır. Bernard Şounun sözləri təsdiqlənir: “Rəqs, üfiqi arzuların şaquli ifadəsidir!” Bir sözlə, serialı çəkənlər sovet senzurasını aldadaraq, “xilaskarların” həqiqətdə bu qadınlardan nə istədiyini məharətlə göstərə biliblər”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений