Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Əli Kərimli, bizi yolumuzdan döndərə bilməyəcəksən” - AXCP sədrinin müavini



"Özü demişkən, bir fağır prezident tapmışdınız. Sağdan da döşəyirdiniz, soldan da. O fağır prezidentin adı  Əbülfəz Elçibəy idi. Vaxtilə ona qarşı edilən haqsızlıqlar, iyrənc oyunlar bu gün də onun yolunu davam etdirənlərə qarşı edilir. Amma siyasət gücsüzləri bağışlamır. Keçmişdə etdiyi siyasi hiyləgərliyi bu gün də davam etdirən Kərimli Əli son günlər varlığını sübut etmək üçün dəridən-qabıqdan çıxıb”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ehtiram Mehtiyev deyib. 

O, ənənəvi müxalifət liderlərini, o cümlədən “Yurd” sədri Əli Kərimlinin siyasətçi kimi artıq yararsız olduğunu bildirib: “Hətta bir yazımda ona siyasi əlillik “dərəcə”si də vermişdim.  İllərin ardınca məğlubiyyətə məhkum olsa da, tutduğu "qanlı əli" buraxmadı. Çoxları onun hansı "yuvanın siyasətçisi" olduğunu yaxşı bilir. Virtual aləmin “qəhramanı”na çevrilən Əli Kərimli sosial şəbəkələrdə minlərlə yaratdığı saxta profillərlə hətta Markı belə keçmişdi. Ona qarşı yazılan statuslarda ifadə sahiblərinin aqibəti ya vətən xaini olur, ya da onu "YAP"çı elan edirlər. Bəzən isə tutduğu yaxanı buraxmırlar. Adamı yazdığına peşman edirlər. Bəzən onun halına çox acıyıram”. 

E.Mehtiyev son günlər “Yurd”un və Əli Kərimlinin trollarının AXCP sədri Razi Nurullayevi hədəfə aldığını vurğulayıb: “Son günlər  AXCP sədri Razi Nurullayevə qarşı yeni kampaniyaya başlayıblar. Xalqın gözündən düşmüşlər bu gün baxımsız qalan partiyanı xalqa qaytaran liderə qarşı iyrənc oyuna start veriblər. Biz bilirik nə istədiyini, “Yurd” sədri. Amma bizi haqq yolumuzdan döndərə bilməyəcəksən”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений