Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Buna Avropa Şurası neynəsin?"- DEPUTAT



“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?” 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirərkən deyib. 

“Bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var. Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?” 

F.Mustafa qeyd edib ki, biz bu cür çıxışlar zamanı diqqətli olmalıyıq:“Avropa Şurası bizi üzvlükdən çıxartsa, o zaman fakt qarşısında qalıb çıxışlar edə bilərik. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Dəhşətlidir, təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq mənzilin boşaldılması barədə qərar çıxarıb. Sonra iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. Buna Avropa Şurası neyləsin? Biz özümüz belə xırda məsələlərin nail ola bilmirik”. 

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений