Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bu, tərbiyəsizlikdir...” - Anardan kitablarının yandırılmasına reaksiya



Azərbaycan Yazıçılar Birliyinin sədri Anar onun kitablarının yandırılması ilə bağlı bir qrup gəncin kampaniya başlatmaq çağırışına reaksiya verib.

Anar Gununsesi.info-ya açıqlamasında kitablarının yandırılmasını pis hərəkət kimi dəyərləndirib: "Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırdı, sonu isə bəlli oldu”.

Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: "Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений