Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir”



ATƏT-in vitse-prezidenti, qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların, xarici medianın iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayarkən səsləndirdiyi bir fikiri təhrif edilib.

AXCP sədri Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin saytı isə təhrif olunmuş fikirlər üzərindən Azay Quliyevə qarşı kampaniya aparıb. Bununla bağlı qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov maraqlı təhlil aparıb. Onun yazısını təqdim edirik:

- "Azadlıq" qəzetinin saytı haqda fikirlərimizi hansı sözlərlə ifadə edək ki, mahiyyətlərinə uyğun gəlsin? İnanın ki, deməyə söz qalmayıb. Hətta sarı media da bunu etmir. Təsəvvür edirsiniz? ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların, xarici medianın iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayır. Tutaq ki, bunu Almaniyadan, Böyük Britaniyadan, lap elə Ukraynadan olan millət vəkili, kordinator elan etsəydi “Azadlıq” qəzetinin, onun başbilənlərinin, Milli Şuranın, elə “Azadlıq” radiosunun reaksiyası necə olardı? Bəllidir, elə deyilmi? Əlbəttə, çıxışı geniş işıqlandırardılar.

İndi düşünək ki, realda birgə rəyi azərbaycanlı deputat, ATƏT PA-nın vitse- prezidenti elan edir, bütün dünyanın diqqəti həmin Azərbaycanlının sözlərindədir, yüzlərlə yerli və beynəlxalq media orqanı mətbuat konfransından canlı yayım edir, yüksək peşəkarlıq və diplomatik üslub saxlanılmaqla hazırlanan bəyanatı hər yerdə yayılır. Bir azərbaycanlı kimi nə hiss keçirirsiniz? Cavabınız təxminən bəllidir. Hər kəs qürur hissi keçirir.

Amma görün "Azadlıq" qəzeti nə hiss keçirir? Demək Qırğız mətbuatı və tərcüməçi bir sözün tərcüməsində yanlışlığa yol verir. İzah edim: Azay Quliyev bəyanatında "self-sensorship" sözü işlədir, (fotoda qeyd olunub) yəni özünə senzura, yerli mətbuat bunu tərcüməçinin səhvən işlətdiyi "KİV-ə senzura" kimi anlayaraq yayır. Sonra nə olur? Hazırki prezident Atambayev beynəlxalq müşahidəçilərlə keçirdiyi görüşdə açıqlama verir ki, Qırğızıstanda KİV-ə senzura yoxdur. Öz məsuliyyətini dərk etməyən KİV haqqında sərt cəzalar olsa da, seçkini izləmək üçün heç bir media orqana qadağa qoyulmayıb.

Atambayevlə görüşdə iştirak edən ATƏT-ın qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev məsələyə bir daha aydınlıq gətirir və izah edir ki, o mətbuata müsahibə verməyib və missiyanın yekun bəyanatını mətbuat konfransında səsləndirib. Bəyanatda isə "KIV -ə senzuradan" yox, "özünə-senzuradan" söhbət gedir və bunlar da fərqlı anlayışlardır. Əgər sizin dediyiniz kimi, yəni ölkədə "KIV -ə senzura var" ifadəsi mənim adımdan deyilibsə, bu yalnız tərcümə xətası və ya jurnalist səhvidir. Missiya rəhbəri onu da əlavə edib ki, “ATƏT-ın ilkin hesabatında da "self-sensorship" ifadəsi qeyd olunub və həmin hesabatı biz Qırğızıstanın XİN-ə rəsmən təqdim etmişik”. Hesabatda bütün müsbət tərəflərlə yanaşı, çatışmazlıqlar və problemlər də qeyd olunub.

Azay Quliyevi AŞPA müşahidə missiyasının rəhbəri Doris Fiala və Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Layma Andrekiene də müdafiə edib. Ona verilən məlumatın yanlış olduğunu anlayan Prezident Atambayev yaranmış anlaşılmazlığa görə təəssüf hissi keçirdiyini bildirib və yenidən məsələyə qarışaraq yerli mediadan səhvini düzəltməyi xahiş edib. Bu barədə qırğız mətbuatı ətraflı məlumat yayıb. Azay Quliyev sonrakı sui-istifadələrə və manipulyasiyalara yol verilməməsi üçün çıxışını rəsmi twitter hesabında yerləşdirib. Çıxışın video yazısı da ATƏT PA-nın saytında var. İstənilən adam çıxışın mətni və video yazısı ilə tanış ola bilər. Vəssalam.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений