Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Belə valideynlərə müavinət verilsin” - Deputatdan təklif



Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.

Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsinə ehtiyac var: “Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений