Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bax, İstifadə et, Yarat!” müsabiqəsinin detalları açıqlanıb - TƏFƏRRÜAT



Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan “Açıq Hökumət Məlumatları” portalı - “www.data.gov.az”-ın yeni versiyasının təqdimatında bu haqda ətraflı məlumat verilib.
 
Bildirilib ki, İKT mütəxəssisləri, “start-up”-çılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə çərçivəsində “www.data.gov.az” portalının Açıq Hökumət Məlumatlarından istifadə etməklə ictimai əhəmiyyətli mobil əlavələrin yaradılması nəzərdə tutulur. 
 
Müsabiqənin məqsədi Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (www.data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.
 
Müsabiqə noyabrın 25-nə qədər davam edəcək.
 
Müsabiqənin şərtləri barədə əlavə məlumat:
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 
Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə
“Bax, İstifadə et, Yarat!” 
adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini
ELAN EDİR
Müsabiqənin məqsədi: 
Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (www.data.gov.az)  portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.
 
Müsabiqənin şərtləri:
- Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)
- Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (www.data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.
- Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.
 
 Müsabiqədə qiymətləndirmə meyarları:
N Meyar Bal Əmsal
1 Sosial əhəmiyyət (S) 0-10 3
2 Funksionallıq (F) 0-10 2
3 Tamlıq (T) 0-10 2
4 Dizayn (D) 0-10 2
5 Məzmun (M) 0-10 2
 
Yekun bal = 3xS + 2xF + 2xT + 2xD + 2xM
Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.
 
Müsabiqənin mükafat fondu:
- 1-ci yer - 2000 AZN 
- 2-ci yer - 1500 AZN
- 3-cü yer - 1000 AZN
- İştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər. 
- Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;
- Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.
 
DİQQƏT!
“Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq “www.data.gov.az” portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.
26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.
Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.
 
Nigar
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений