Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bakı və İrəvan Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb” - Rusiya rəsmisi



Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bəyan edib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Rossiya Seqodniya” nəşri məlumat yayıb. 

“Rusiya bu münaqişədə neytral tərəf kimi çıxış edir. Bizim həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərimiz var. Məndə olan məlumata görə, tərəflər Dağlıq Qarabağ münaiqşəsinin nizamlanmasına kifayət qədər yaxınlaşıblar”, - deyə Kosaçev vurğulayıb. 

Komitə sədri, həmçinin sentyabrın 23-də baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün səmərəli olacağına ümid etdiyini bildirib. 

Mətbuat konfransı zamanı Kataloniya və İraq Kürdüstanında keçiriləcək referendumlara münasibət bildirən Kosaçev qeyd edib ki, nəticələr regionda gərginliyin artması və silahlı münaqişə ilə nəticələnməməlidir. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений