Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azsığorta” şirkətində nə baş verir?



Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri olan “AzSigorta”da işçilərin kütləvi şəkildə ixtisar olunması ilə bağlı məlumat yayılıb. Məlumata görə, “AzSigorta” şirkətində 100 nəfərə yaxın işçi ixtisar olunub. “AzSigorta” şirkətinin avtomobillərin icbari sığortasının satışı üzrə sığorta agentləri ilə əməkdaşlığı dayandırdığı da bildirilir. Qeyd edək ki, "Azsığorta" şirkətində rəhbər vəzifələrdə işləmiş bir neçə şəxs “Günay Sığorta” və “Standard İnsurance”a keçib. Kütləvi ixtisarlar “AzSigorta” şirkətinin bağlanma ehtimalını gündəmə gətirir.

Maraqlıdır, şirkət bağlanırmı?

“Zaman Broker” şirkətinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə açıqlamasında şirkət haqqında yayılan məlumatdan artıq bilgiyə sahib olmadığını bildirib: “Düşünmürəm ki, “Azsığorta” şirkəti bağlanır. Böyük ehtimalla şirkətdə müəyyən struktur islahatları aparılır və yaxud da rəhbərlik dəyişilir. Hesab etmirəm ki, şirkətin vəziyyəti bağlanacaq qədər ağırdır. Təbii ki, bütün sığorta şirkətlərində müəyyən problemlər var”.

Xəyal Məmmədxanlı onu da qeyd edib ki, artıq şirkətin əməkdaşları zəng vurub onunla əməkdaşlıq etmək istədiyini də deyir: “İşçilər şirkətlə əməkdaşlığı dayandırmağı rəhbərliyin dəyişməsilə əlaqələndirir. Təəssüf ki, bundan əlavə informasiyaya malik deyiləm. Amma şirkətin bağlanacağını da təxmin etmirəm. Ola bilsin ki, təsisçilərin belə bir qərarı ola bilər, amma şirkətin müflisləşməsindən və yaxud iflas etməsindən söhbət gedə bilməz. Çünki “Azsığorta” Azərbaycanda gəlirlə işləyən şirkətlərdən biridir. Hər halda kütləvi ixtisarların arxasında nəyin dayandığını zaman göstərəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений