Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Atəşkəs Qarabağı bizdən uzaqlaşdırır” – Politoloq



ATƏT-in Minsk Qrupunun həmsədrləri  Dağlıq Qarabağın separatçı rejiminin danışıqlarda iştirakına razıdır. Bu fikri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan səsləndirib. Yerli mətbuatın yazdığına görə, nazir müavini "DQR”in danışıqlar prosesində iştirakının zəruriliyinin hətta vasitəçilərə də aydın olduğunu iddia edib.  

Cebhe.info-ya danışan politoloq Əhəd Məmmədli bunun mümkünsüz olduğunu deyib.

Ə.Məmmədli hesab edir, bu Azərbaycanın maraqlarına tamamilə ziddir:

“Əgər erməni tərəfinin söylədiyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin   ədalətli çözülməsindən çox uzaqda olduğunu göstərir. Qondarma DQR-in danışıqlarda iştirakı mümkünsüzdür. Bunu Azərbaycandan tələb etmək ən azı riyakarlıqdır. Azərbaycanın bunu qəbul etməsi də mümkün deyil. Çünki bu Azərbaycanın nəinki maraqlarına cavab vermir, bunun qəbulu qondarma DQR-i tərəf kimi tanımaq anlamına gəlir.

Azərbaycan heç bir halda qondarma DQR-i tərəf kimi qəbul edə bilməz. Bunlardan Azərbaycan tərəfi artıq nəticə çıxartmalı və anlamalıdır ki, atəşkəs uzandıqca Qarabağı Azərbaycandan uzaqlaşdırır. Bunun da qarşısını ancaq bir yolla almaq olar, o da hərbi əməliyyatlardır”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений