Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Ağrılarıma görə çəkirdim” - Narkotiki paltaryuyan maşında gizlədən şəxs



İsmayıllıda narkotik vasitələtinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, o, narkotiki gizlətdiyi yerin heç kimin aglına gəlməyəcəyini düşünüb. Amma bu polisin gözündən yayınmayıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb.

Hikmət Abdurrəhmanov (saxlanılan şəxs): “Meşədən tapmışam. Özüm istifadə edirdim. Bədənimdə ağrılar olduğu üçün çəkirdim ki, sakitləşim. Peşmanam”.

Onun yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə olan paltaryuyan maşının içərisindən ümumi çəkisi 662 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений