Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“30 ildə sərt danışanlar nəyə nail olublar?”



“2015-ci ildə “İsa Qəmbərə rels verilsəydi, onun qatarını dayandırmaq çətin olacaqdı…” başlıqlı yazıdakı fikirlərimdə səmimi idim. Bu gün də Prezidentliyə namizəd olaraq səmimiyəm. Artistlik etmək istəmirəm. 30 ildə sərt danışanlar nəyə nail olublar ki, mən sərt danışıb nəyə nail olam?”

Bu sözləri bəzi siyasilərin Prezidentliyə namizədlərin teledebatdakı çıxışlarının qeyri-radikal olması fikirlərinə açıqlamasında Prezidentliyə namizəd Razi Nurullayev deyib:

R.Nurullayev bildirib ki, əgər kimlərsə sərt danışıqdan, sərt siyasətdən, radikallıqdan, barışmazlıqdan zövq və mənəvi təskinlik alırsa, sosial şəbəkələri izləsinlər, orada on minlərlə söyüş və təhqir var:

“Sərt tənqid et, pafosla danış və xalq desin ki, qəhrəmandır. Bu, mübarizə metodu ola bilməz. Xaricdə mühacir həyatını seçənlər Azərbaycandakı radikal müxalifətdən min dəfə sərt danışır. Camaat da əgər söyüş, təhqir və sərt tənqid eşitmək istəyirsə, onlara qulaq asar. Bununla onun həyatı yüngülləşəcəkmi? İş yerləri tapacaqlarmı? Pensiyaları artacaqmı?”

Siyasətin real olanı həyata keçirmək olduğunu vurğulayan Prezidentliyə namizəd qeyd edib ki, 30 ildə sərt müxalifət olaraq heç nəyi reallaşdırmaq mümkün olmayıbsa, bu cür radikal mövqeni davam etdirmək düzgün deyil:

“İnşallah, apardığım siyasət partiya olaraq bizim üçün də, ən əsası xalq üçün də nəticə verəcək”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений